İran rəsmiləri Hörmüz boğazının açılmasına dair xəbərləri əsassız adlandırır - YENİLƏNİB

İran rəsmiləri Hörmüz boğazının açılmasına dair xəbərləri əsassız adlandırır - YENİLƏNİB

Tarix: 22 Sep 2026 17:17

İran mənbələri “Kyodo” və “Reuters” agentliklərinin Tehranın ABŞ-ın hərbi təzyiqini azaltması və limanlara tətbiq olunan blokadanı aradan qaldırması müqabilində Hörmüz boğazını 7 gün ərzində yenidən açmağa hazır olduğu barədə məlumatlarını təkzib edib.

“Fars”ın xəbərinə görə, İran rəsmiləri sözügedən iddiaları qeyri-dəqiq və əsassız adlandırıblar.

İran-ABŞ danışıqlarında mümkün irəliləyişdən xəbər verən bu məlumatlar neft qiymətlərinin qısa müddət ərzində aşağı düşməsinə səbəb olub.

***

14:44

ABŞ hərbi təzyiqi azaltsa və blokadanı aradan qaldırsa, İran Hörmüz boğazını 7 gün ərzində açmağa hazırdır.

Bu barədə anonim İran rəsmisi “Reuters”ə danışıb.

“ABŞ məsələni diplomatik yolla həll etmək niyyətini bəyan etməli, bunu rəsmiləşdirməli və prosesin necə irəliləyəcəyi haqqında vaxt cədvəli üzrə razılığa gəlməlidir”, - mənbə bildirib.

O əlavə edib ki, BMT Baş Assambleyasında İranı təmsil edən nümayəndə heyəti ABŞ-la diplomatiyanı dirçəltmək üçün tam səlahiyyətlidir.

Toğrul Quluzadə ABŞ İran blokada diplomatiya Hörmüz boğazı

Mənbə: apa.az

Xəbər Lenti