Zelenski: Rusiya enerji obyektlərimizə zərbə endirməsə, biz də onların enerji obyektlərinə hücumları dayandırmağa hazırıq

Zelenski: Rusiya enerji obyektlərimizə zərbə endirməsə, biz də onların enerji obyektlərinə hücumları dayandırmağa hazırıq

Tarix: 22 Sep 2026 23:37

“Kiyev enerji sahəsində Rusiya ilə qarşılıqlı atəşkəsə hazırdır”.

APA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla görüşdən əvvəl jurnalistlərə açıqlaması zamanı deyib.

O qeyd edib ki, Rusiya Ukraynanın enerji infrastrukturuna zərbələri dayandırarsa, Ukrayna da Rusiyanın enerji obyektlərinə hücumları dayandıracaq.

Zelenski onu da bildirib ki, belə bir razılaşma enerji obyektlərinə qarşı hücumların qarşılıqlı şəkildə dayandırılmasını nəzərdə tutur.

Ukrayna Rusiya Zelenski Tramp

Mənbə: apa.az

Xəbər Lenti