Cümə axşamı, 24 Sentyabr, 2026
Tarix: 23 Sep 2026 23:24
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə şəhərin Azərbaycan prospektində qeydə alınıb. “Mercedes” və “Chevrolet” markalı minik avtomobilləri toqquşub.
Zərbənin təsirindən idarəetmədən çıxan “Chevrolet” yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Sənan Bəhrəmli Sumqayıt yol qəzası Mercedes Chevrolet
Mənbə: apa.az