Pezeşkian Trampın dünənki çıxışına toxunub: Biz dialoqa hazırıq, amma güc dilini qəbul etməyəcəyik

Pezeşkian Trampın dünənki çıxışına toxunub: Biz dialoqa hazırıq, amma güc dilini qəbul etməyəcəyik

Tarix: 23 Sep 2026 19:55

İran Prezidenti Donald Trampın dünənki çıxışına toxunaraq deyib ki, biz dialoqa hazırıq, amma güc dilini qəbul etməyəcəyik.

APA-nın Tehran bürosunun məlumatına görə, İran Prezidenti Məsud Pezeşkian bunu BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı qeyd edib.

O bildirib ki, İranın heç vaxt müharibəyə başlamayıb və həmişə danışıqlar masasına sadiqliyini nümayiş etdirib: “Biz sübut etdik ki, özümüzü müdafiə etmək üçün müharibədən qorxmuruq, sülh üçün isə danışıqlardan qaçmırıq və əziz İranı müdafiə etmək üçün sonadək dayanacağıq. Bu sessiyanın əsas mövzusu etimadın bərpasıdır. Əgər ədalətin ardıncayıqsa, dost və rəqib eyni meyarla qiymətləndirilməlidir və insan hüquqları geosiyasi rəqabət alətinə çevrilməməlidir. İran xüsusi imtiyaz istəmir, bərabər hüquqlar istəyir və bununla bağlı məsuliyyəti də qəbul edir”.

Pezeşkian xalqlar arasında etimadın yaradılmasının vacibliyinə toxunaraq deyib ki, xalqlar arasında etimad aradan qalxarsa, hətta ən güclü ordular belə davamlı təhlükəsizlik yarada bilməz.

İran Prezidenti çıxışının sonunda ABŞ Prezidentinin dünənki sözlərinə toxunub:

"Onlar bilməlidirlər ki, xalqımıza qarşı təhdidlər bizi daha da birləşdirir və gücləndirir, iranlıların müqavimətini artırır. İran xalqı zor qarşısında baş əyməyəcək və təcavüzkarları peşman edəcək. Tramp və zorakılıq yolu ilə üstünlük qazanmaq istəyənlər bunu başa düşməlidirlər. Biz dialoqa hazırıq, amma onlar bilməlidirlər ki, güc dilini qəbul etməyəcəyik".

Haşim Rahimi

Mənbə: apa.az

Xəbər Lenti