Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 23 Sep 2026 19:01
Sentyabrın 23-də SOCAR-ın prezidenti Rövşən Nəcəf Türkiyənin “Karpowership” şirkətinin İdarə Heyətinin sədri Orhan Remzi Karadeniz ilə görüşüb.
Bu barədə "APA-Economisc"ə SOCAR-dan məlumat verilib.
Məlumata görə, görüşdə qonaqlara SOCAR-ın qlobal genişlənmə strategiyası, müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr barədə məlumat verilib. Beynəlxalq fəaliyyət coğrafiyasını genişləndirən SOCAR-ın enerji dəyər zəncirinin müxtəlif istiqamətləri üzrə strateji tərəfdaşlıqlar qurmağa və investisiya portfelini şaxələndirməyə xüsusi önəm verdiyi qeyd olunub.
Söhbət zamanı SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları, o cümlədən elektrik enerjisi istehsalı, enerji infrastrukturu, yeni enerji həlləri və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə mümkün əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
İlahə Səlimova SOCAR əməkdaşlıq Karpowership

Mənbə: apa.az