Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 23 Sep 2026 22:38
Ukraynanın Rusiya ərazisinə dron hücumu nəticəsində Azərbaycan əsilli şəxs həyatını itirib.
APA-nın yerli bürosunun məlumatına görə, Ucar rayonunun Boyat kəndində anadan olmuş, 1977-ci il təvəllüdlü Hüseyn Əlimusa oğlu Mussaliyev avtomobilinə dron zərbəsi endirilməsi nəticəsində ölüb.
Mərhumun nəşinin sabah Azərbaycana gətirilməsi planlaşdırılır.
Zahid Abışov Ukrayna Rusiya dron hücumu Ucar
Mənbə: apa.az