Qubada "Ulu Öndər və milli-mənəvi dəyərlərimiz" adlı konfrans keçirilib

Tarix: 08 Dec 2023 16:16

Bu gün Qubada ümumilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan "Ulu Öndər və milli-mənəvi dəyərlərimiz" adlı konfrans keçirilib.

APA-nın şimal bürosu xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Quba, Qusar və Xaçmaz rayonları üzrə qazılığının təşkilatçılığı ilə baş tutan tədbirdə din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Toplantıda çıxış edənlər Ulu Öndər Heydər Əliyevin dövətçilik tariximizdəki müstəsna xidmətlərindən, milli-mənəvi dəyərlərimizə olan qayğısından danışıb. Ümummilli liderin siyasi kursunun layiqli varisi, prezident İlham Əliyevin müasir Azərbaycan dövlətinin tarixindəki rolundan bəhs edib, əldə etdiyi siyasi və hərbi qələbələr, iqtisadi nailiyyətlər fonunda milli-mənəvi dəyərlərin qorunub saxlanıldığını vurğulayıblar.

Həmçinin müasir Azərbaycan dövlətçiliyinin qurucusu olan Ulu Öndər Heydər Əliyevin ölkəmizi etnik separatçılıq, dini zəmində parçalanmaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi kimi bəlalardan qoruyaraq xilas etdiyi qeyd olunub.

Konfransda Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə hazırlanan “Ulu Öndər və milli-mənəvi dəyərlər” mövzusunda film də nümayiş olunub.

Xəbər Lenti