Lənkəranda yanğın baş verib

Lənkəranda yanğın baş verib

Tarix: 28 Sep 2026 00:58

Lənkəranda eyni həyətdə üçüncü dəfə yanğın baş verib.

APA-nın Cənub bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Şağlaser kəndində qeydə alınıb. Elçin Əliyevə məxsus tövlədə yanğın başlayıb.

Ev sahibinin sözlərinə görə, tövlədə 7 min bağlama ot, həmçinin toyuq-cücə və ördəklər olub.

“Bir dəfə evimi yandırdılar, indi də ikinci dəfə tövləmi yandırıblar. Bunu kimin və nə üçün etdiyini bilmirəm”, – deyə Elçin Əliyev bildirib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğın lokallaşdırılıb.

Alovun tam söndürülməsi və digər tikililərə keçməsinin qarşısının alınması istiqamətində işlər davam etdirilir.

Yanğının qəsdən törədilib-törədilmədiyi, eləcə də hadisənin başvermə səbəbi araşdırılır.

İlkin Rzayev Lənkəran yanğın Şağlaser FHN
Lənkəranda yanğın baş verib
Lənkəranda yanğın baş verib

Mənbə: apa.az

Xəbər Lenti