İran XİN rəhbəri Nyu-Yorkda qətərli vasitəçilərlə görüşəcək - YENİLƏNİB

İran XİN rəhbəri Nyu-Yorkda qətərli vasitəçilərlə görüşəcək - YENİLƏNİB

Tarix: 28 Sep 2026 18:15

İranın xarici işlər naziri Abbas Əraqçi və onu müşayiət edən nümayəndə heyəti bu gün Nyu-Yorkda qətərli vasitəçilərlə görüş keçirəcək.

“Tasnim” xəbər verir ki, görüşdə son proseslər barədə fikir mübadiləsi aparılacaq.

Məlumata görə, ABŞ-la danışıqlar planlaşdırılmır.

***

17:32

Qətərli vasitəçilər ABŞ və İranla ayrı-ayrılıqda danışıqlar aparacaq.

Bunu “Reuters”ə məlumatlı mənbə bildirib.

Məlumata görə, danışıqlar bu gün və ya sabah ABŞ-da İranın xarici işlər naziri Abbas Əraqçi və Amerika tərəfi ilə ayrı-ayrılıqda aparılacaq.

Mənbənin sözlərinə görə, dialoq İranın irəli sürdüyü 7 günlük planın düzəliş edilmiş versiyası üzərində keçiriləcək.

İran ABŞ danışıqlar vasitəçilər

Mənbə: apa.az

Xəbər Lenti