Filarmoniyanın fəaliyyətinin dayandırılması ilə bağlı məlumatlara aydınlıq gətirilib

Filarmoniyanın fəaliyyətinin dayandırılması ilə bağlı məlumatlara aydınlıq gətirilib

Tarix: 30 Sep 2026 11:14

"Azərbaycan Dövlət Akademik Filarmoniyasının binasında sonuncu əsaslı təmir işləri 2002-ci ildə həyata keçirilib. Həmin vaxtdan uzun müddət keçdiyi üçün binada gələcəkdə müvafiq əsaslı təmir işlərinin aparılması zərurəti istisna edilmir".

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Filarmoniyanın fəaliyyətinin dayandırılması və binanın əsaslı təmirə bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda Filarmoniya öz fəaliyyətini adi qaydada davam etdirir.

"Binanın daxilində yaranmış ayrı-ayrı texniki nasazlıqların aradan qaldırılması məqsədilə cari təmir və bərpa işləri həyata keçirilir. Görülən işlər Filarmoniyanın fəaliyyətinə, eləcə də nəzərdə tutulan konsert və tədbirlərin keçirilməsinə maneə yaratmır.

Qeyd edək ki, Filarmoniyanın 2026–2027-ci illəri əhatə edən konsert proqramı formalaşdırılıb və tədbirlər təsdiq olunmuş plana uyğun şəkildə davam etdirilir", - məlumatda qeyd olunub.

İlkin Naib Filarmoniya Mədəniyyət Nazirliyi

Mənbə: apa.az

Xəbər Lenti