Makron Böyük Britaniyanın Aİ-yə qayıtmasını dəstəkləyib

Makron Böyük Britaniyanın Aİ-yə qayıtmasını dəstəkləyib

Tarix: 30 Sep 2026 22:10

Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyanın Avropa İttifaqına (Aİ) yenidən üzv olması ehtimalını müsbət qarşıladığını bildirib.

APA xəbər verir ki, Makron bu barədə İspaniyanın Baş naziri Pedro Sançeslə keçirdiyi birgə mətbuat konfransında danışıb.

"Əgər britaniyalılar bu istiqamətdə ilk addımı atmaq istəyirlərsə, düşünürəm ki, bu, həm öz ölkələri, həm də avropalılar üçün çox yaxşı xəbərdir", - Makron deyib.

Makron onu da bildirib ki, Böyük Britaniya Aİ daxilində olduğu dövrdə ittifaq üçün tələbkar tərəfdaş olub.

Fransa Britaniya Makron

Mənbə: apa.az

Xəbər Lenti