“Flydubai”ın İsrailə uçuşları altı gün müddətinə dayandırılır

“Flydubai”ın İsrailə uçuşları altı gün müddətinə dayandırılır

Tarix: 30 Sep 2026 23:50

BƏƏ-nin “Flydubai” aviaşirkətinin İsrailə uçuşları Təl-Əvivə uçan təyyarədə baş verən insidentdən sonra oktyabrın 1-i səhərdən etibarən altı gün müddətinə dayandırılacaq.

APA xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.

Məlumata görə, araşdırma başa çatanadək BƏƏ-dən Təl-Əvivə uçuşları “Flydubai” əvəzinə İsrail aviaşirkətləri tərəfindən həyata keçiriləcək və təyyarələrdə təhlükəsizlik tədbirləri gücləndiriləcək.

12-ci kanal bildirir ki, bu qərar BƏƏ prezidenti Məhəmməd bin Zayed Al Nəhyanla razılaşdırılıb. O, sentyabrın 30-da İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb.

Flydubai BƏƏ İstrail uçuş

Mənbə: apa.az

Xəbər Lenti