Cümə axşamı, 1 Oktyabr, 2026
Tarix: 30 Sep 2026 19:34
Kəngərlidə ağır yol qəzası olub.
APA xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonunun Böyükdüz kəndi ərazisindən keçən hissəsində baş verib. 75-BX-715 dövlət nömrə nişanlı "Xəzər" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 5 nəfər xəsarət alıb.
Xəsarət alanlar - 2010-cu il təvəllüdlü H.Ələsgərli, 1998-ci il təvəllüdlü X.Rəsulov, 2009-cu il təvəllüdlü N.Əliyev, 2002-ci il təvəllüdlü V.Xəlilzadə və 2007-ci il təvəllüdlü Q.Tahirov Naxçıvan Muxtar Respublika xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Ceyhun Məmmədov Kəngərli yol qəzası xəsarət


Mənbə: apa.az