Çərşənbə axşamı, 24 Mart, 2026
Tarix: 21 Jun 2024 13:22
Mina təhlükəsi ilə mübarizə aparmaq üçün beynəlxalq səyləri səfərbər etmək vacibdir.
APA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşımda qeyd olunub.
"Ermənistanın mina təhlükəsi azərbaycanlıların həyatına son qoymağa davam edir! Dünən və bu gün ANAMA-nın bir əməkdaşı Ermənistan tərəfindən yerləşdirilən minaların partlaması nəticəsində həlak olub, bir neçəsi isə ağır yaralanıb. Nəticədə 2020-ci il müharibəsindən bəri mina qurbanlarının ümumi sayı 369 nəfərə yüksəlib. Bu ölümcül təhlükə ilə mübarizə aparmaq üçün beynəlxalq səyləri səfərbər etmək insan həyatının qorunması naminə həmişəkindən daha vacibdir", paylaşımda vurğulanıb.