Nəsimi rayonunda ağacların qeyri-qanuni məhvi İlə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edilib

Tarix: 22.06.2024 14:17

Bakı şəhəri, Nəsimi rayonunda ağacların qeyri-qanuni məhv edilməsi müəyyən edilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib.

Nəsimi rayonu Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa Topçubaşov küçələrinin kəsişməsində yerləşən ağaclarla bağlı bildirmək istərdik ki, sözügedən əraziyə əməkdaşlarımız tərəfindən mütəmadi olaraq baxışlar keçirilib və əvvəllər birlik tərəfindən qeydiyyata alınmış müxtəlif cins ağacların qeyri-qanuni olaraq götürülməsi , məhv edilməsi faktları müəyyən edilib. Bununla bağlı birlik tərəfindən akt tərtib olunaraq 26 dekabr 2023-cü il və 29 fevral 2024 -ci il tarixlərində aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına müraciət edilib”, - deyə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib.

Xəbər Lenti