Siqaret qaçaqmalçılığında təqsirləndirilən Rəşad Daşdəmirov, Fərid Usubov və digərləri ev dustaqlığına buraxılıblar

Siqaret qaçaqmalçılığında təqsirləndirilən Rəşad Daşdəmirov, Fərid Usubov və digərləri ev dustaqlığına buraxılıblar

Tarix: 02 Oct 2026 17:41

Siqaret qaçaqmalçılığında təqsirləndirilən şəxslər ev dustaqlığına buraxılıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər müvəkkillərinin ev dustaqlığına buraxılması barədə vəsatət verib.

Məhkəmə vəsatəti təmin edib.

Aksiz markasız tütün məmulatlarının qaçaqmalçılığında təqsirləndirilən dəstənin - “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin direktoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov, Limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin Gömrük postunun inspektoru Heydər Eyvazlı, Tamerlan Axundzadə, tütün məmulatlarının nəqliyyat vasitələri ilə daşınması və saxlanmasını həyata keçirən Firuz Əliyev, Amil Cəbrayılov, Ələsgər İsmayılov, Rövşən Tarverdiyev məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib.

Emin Şirvanzadə

Mənbə: apa.az

Xəbər Lenti