Şənbə, 3 Oktyabr, 2026
Tarix: 02 Oct 2026 19:39
Rusiya ordusu yenidən Kiyevdəki Cənub körpüsünə zərbə endirib.
APA xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko bildirib.
Onun sözlərinə görə, Rusiyanın bir neçə hücumundan sonra körpü hazırda nəqliyyat vasitələrinin hərəkəti üçün bağlıdır.
Kliçko əlavə edib ki, təcili yardım xidmətləri hadisə yerinə göndərilib.
Mənbə: apa.az