Səudiyyə Ərəbistanı ordusu husilərin atdığı üç raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanı ordusu husilərin atdığı üç raketi zərərsizləşdirib

Tarix: 02 Oct 2026 23:25

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməndəki husilərin (“Ənsar Allah”) krallığın cənubundakı Xamis-Muşayt şəhəri istiqamətində buraxdığı üç ballistik raketi ələ keçirərək məhv edib.

Bu barədə koalisiyanın açıqlamasına istinadən Səudiyyə Ərəbistanının SPA agentliyi məlumat yayıb.

Bildirilib ki, raketlər husilər tərəfindən Xamis-Muşayt istiqamətində buraxılıb.

Hadisə nəticəsində ölən və ya yaralananlar, həmçinin dağıntılar barədə məlumat verilməyib.

Səudiyyə Ərəbistanı husilər Yəmən raket

Mənbə: apa.az

Xəbər Lenti