Şənbə, 3 Oktyabr, 2026
Tarix: 02 Oct 2026 17:29
Elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 30-da Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirlib ki, qəbulda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 19 oktyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür. Qeyd olunub ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
Gülcahan İmanqızı Elm və Təhsil Nazirliyi Emin Əmrullayev vətəndaş qəbuluMənbə: apa.az