Cümə, 23 Oktyabr, 2026
Tarix: 05 Oct 2026 10:33
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb.
“APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,42% artaraq 4,179.8 ABŞ dollarına bərabər olub.
“COMEX”də gümüşün bir unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti də 2,11% artaraq 61.69 dollar təşkil edib.
İlahə Səlimova qızıl gümüş birja COMEXMənbə: apa.az