Naxçıvan Tibb Müəssisələrinin İdarəetmə Birliyi publik hüquqi şəxsinə icraçı direktor təyin olunub

Tarix: 25.06.2024 13:17

“Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinin icraçı direktoru vəzifəsinə təyin olunub.

APA-nın yerli bürosu xəbər verir ki, "Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının qərarına əsasən, Məmmədov Vüsal Ələkbər oğlu publik hüquqi şəxsin icraçı direktoru vəzifəsinə təyinat alıb.

Vüsal Məmmədov bu təyinata qədər Naxçıvan MR Səhiyyə Nazirliyində Aparat rəhbəri vəzifəsində işləyib.

Həmçinin Naxçıvan MR İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsində şöbə müdiri, "Naxçıvansığorta" ASC-də İdarə heyətinin üzvü və digər vəzifələrdə çalışıb.

Xəbər Lenti