Nikolas Maduronun həyat yoldaşının ürək əməliyyatına ehtiyacı olduğu bildirilir

Nikolas Maduronun həyat yoldaşının ürək əməliyyatına ehtiyacı olduğu bildirilir

Tarix: 06 Oct 2026 05:48

ABŞ tərəfindən saxlanılan Venesuela lideri Nikolas Maduronun həyat yoldaşı Siliya Floresin ürəyində problem olduğu və əməliyyata ehtiyac duyduğu bildirilir.

Bu barədə onun oğlu Nikolas Maduro Gerra AFP-yə açıqlamasında bildirib.

“Onun ürəyində çox ciddi problem – prolaps var. Oktyabrın 15-də 70 yaşı tamam olacaq. Həbsxanada keçirəcəyi belə bir əməliyyatdan sonra tam bərpa olunması üçün lazımi şərait yoxdur”, – Maduro Gerra deyib.

Nikolas Maduro Siliya Flores Venesuela AFP

Mənbə: apa.az

Xəbər Lenti