Çərşənbə, 7 Oktyabr, 2026
Tarix: 06 Oct 2026 15:53
Böyük Britaniya Azərbaycanla qeyri-neft sektorunda ticarət əlaqələrinin genişləndirilməsində maraqlıdır.
“APA-Economics” xəbər verir ki, bunu Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Lord Anas Sarvar Bakıda keçirilən Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyasının 8-ci iclasında çıxışı zamanı bildirib.
“Energetika sahəsində tərəfdaşlığımızı yalnız neft ticarəti üzərində deyil, qeyri-neft ticarəti istiqamətində də inkişaf etdirək”, – nazir bildirib.
Lord Anas Sarvar investisiya əlaqələrinin də həm həcminin artırılmasının, həm də daha çox sahəni əhatə etməsinin vacibliyini vurğulayıb.
“Bu gün Böyük Britaniyanın Azərbaycana və Azərbaycanın Böyük Britaniyaya investisiyalarına dair yaxşı nümunələr eşitdik. Mən bu investisiyaların daha da artmasını və əlaqələrin miqyas baxımından daha çox şaxələnməsini istəyirəm”, – o qeyd edib.
Nazir, həmçinin Böyük Britaniya ilə Azərbaycan arasında təxminən 35 ilə yaxın tarixə malik tərəfdaşlığın yeni mərhələyə keçirilməsinin vacibliyini bildirib.
Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlər yalnız iqtisadi əlaqələrlə məhdudlaşmır, müdafiə və təhlükəsizlik sahələrini də əhatə edir.
“Böyük Britaniya Azərbaycanla münasibətlərindən və müttəfiqliyindən qürur duyur. Biz bu tərəfdaşlığa sadiqik və onu daha da gücləndirmək əzmindəyik”, – Lord Anas Sarvar əlavə edib.
Rahim TarıverdiyevMənbə: apa.az