“Rosatom”un 100-ə yaxın əməkdaşı İrandan təxliyə edilib

Tarix: 28 Feb 2026 16:17

Rusiya “Rosatom”un işçilərinin övladlarını, eləcə də bütün əlavə personalı və İranı tərk etmək istəyənləri təxliyə edib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçev bildirib.

O, “Rosatom”un İrandan təxliyə olunan əməkdaşlarının cəmi 94 nəfər olduğunu açıqlayıb.

Lixaçev qeyd edib ki, “Rosatom” işçiləri Buşehr AES-in tikinti sahəsində və ya yaşayış məntəqəsindədirlər, bütün təhlükəsizlik tədbirləri görülür.

Onun sözlərinə görə, zərurət yaranarsa, “Rosatom” Xarici İşlər Nazirliyi ilə birlikdə dövlət korporasiyasının işçilərinin təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görəcək və bu barədə Prezident Vladimir Putinə məlumat verilib: “Heç bir halda nüvə enerjisi obyektləri silahlı qüvvələr tərəfindən hədəfə alına bilməz. Buşehr AES və ya Zaporojye AES atəş meydançası və ya oyuncaq deyil”.

Fərid Əkbərov Rosatom personal Buşəhr atom nüvə İran

Xəbər Lenti