Çərşənbə, 7 Oktyabr, 2026
Tarix: 06 Oct 2026 22:39
Rusiya prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"MDB sammiti çərçivəsində Putinlə Paşinyan arasında heç bir görüş planlaşdırılmır. Əlbəttə ki, bütün tədbirlər zamanı əlaqə istisna edilə bilməz", - Krem rəsmisi vurğulayıb.
Prezidentin köməkçisi onu da qeyd edib ki, belə bir görüşlə bağlı heç bir diplomatik əlaqə olmayıb.
Fərid ƏkbərovMənbə: apa.az