Çərşənbə, 7 Oktyabr, 2026
Tarix: 06 Oct 2026 23:05
Türkiyənin İzmir şəhərində idarəetmənin ilk dəfə hakim Ədalət və İnkişaf Partiyasına (AK Parti) keçəcəyi ilə bağlı mesaj verilib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, partiyanın sosial media hesabında bununla bağlı video paylaşılıb.
Videoda zibil qalaqlarının arasından açan güllərə yer verilib. İzmir çarşınının səsləndirildiyi videonun sonunda 07.10.2026 tarixi göstərilib.
Qeyd edək ki, uzun illərdir Cümhuriyyət Xalq Partiyasının (CHP) idarə etdiyi İzmir müxtəlif problemlərlə gündəmə gəlib. Şəhərdə kommunal xidmətlər, o cümlədən zibillərin vaxtında daşınmaması və İzmir körfəzinin çirklənməsi ilə bağlı məsələlər müzakirə olunub.
Dəryanur Cəfərova Türkiyə İzmir


Mənbə: apa.az