Çərşənbə, 7 Oktyabr, 2026
Tarix: 06 Oct 2026 17:16
Sumqayıt şəhəri, Şəfəq qəsəbəsi ərazisində yerləşən tikilidə baş verən yanğının qarşısı alınıb.
FHN-dən APA-ya verilən məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.
***
15.38
Sumqayıt şəhəri, Şəfəq qəsəbəsi ərazisində yerləşən tikilidə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsi və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Emin Şirvanzadə Sumqayıt yanğın
Mənbə: apa.az