Britaniyada aviabazaya planlaşdırılan hücumla bağlı daha bir nəfər saxlanılıb

Britaniyada aviabazaya planlaşdırılan hücumla bağlı daha bir nəfər saxlanılıb

Tarix: 06 Oct 2026 16:56

Böyük Britaniyada “RAF Fairford” aviabazasına planlaşdırılan hücumla bağlı daha bir nəfər həbs edilib.

AP-nin məlumatına görə, 22 yaşlı Britaniya vətəndaşı Londonun mərkəzində terror hücumları törətməyə hazırlaşmaqda şübhəli bilinərək saxlanılıb.

Qeyd edək ki, bundan əvvəl sözügedən aviabazada yerləşən ABŞ bombardmançı təyyarələrinə hücum planlaşdırmaqda günahlandırılan 6 nəfər həbs edilib, onlar təhqiqat yekunlaşana qədər şərti azadlığa buraxılıb.

ABŞ potensial təhlükə ilə əlaqədar olaraq, bombardmançı təyyarələri bazadan çıxarıb.

Toğrul Quluzadə Britaniya aviabaza hücum RAF Fairford

Mənbə: apa.az

Xəbər Lenti