Kişçay, Şinçay və Ağsuçaydan sel keçir - FAKTİKİ HAVA

Tarix: 26.06.2024 15:08

Müşahidə olunan faktiki hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, iyunun 26-sı saat 15:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur.

Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Şəmkir, Quba, Qusar, Qax (Sarıbaş), Şamaxı, Qəbələ, Zaqatala, Qobustan, Xaltan, Xaçmaz, Göyçay, Zərdab, Şabran, Altıağac, Lerik, Yardımlıda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, Oğuz və Neftçalada 15-20 m/s təşkil edir.

Şamaxı rayonu Ərçiman kəndinə diametri 4-5 mm, Çuxuryurd kəndinə 10 mm, Gədəbəy və Daşkəsən rayonunlarına 12 mm diametrində dolu düşüb.

Yağan leysan yağışlar nəticəsində hazırda Kişçay, Şinçay və Ağsuçaydan sel keçir.

Xəbər Lenti