Cümə axşamı, 15 Oktyabr, 2026
Tarix: 08 Oct 2026 09:31
"Çökən 7 mərtəbəli bina 1987-ci ildə tikilib. Binada ümumilikdə 33 nəfər yaşayır".
APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu İstanbul valisi Davud Gül deyib.
O bildirib ki, dağıntılar altında qalan 7 nəfərdən 4-ü ilə əlaqə saxlanılıb. Xilasetmə tədbirləri davam etdirilir.
***
09:04
İstanbulun Maltepe rayonunda 7 mərtəbəli yaşayış binası çöküb. APA-nın Türkiyə bürosu yerli KİV-ə istinadən xəbər verir ki, dağıntılar altından 3 nəfər sağ çıxarılıb. Axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Dəryanur Cəfərova Türkiyə İstanbulMənbə: apa.az