İstanbulda dağıntılar altında qalan 12 nəfərdən 6-sı xilas edilib - YENİLƏNİB-2

İstanbulda dağıntılar altında qalan 12 nəfərdən 6-sı xilas edilib - YENİLƏNİB-2

Tarix: 08 Oct 2026 10:27

İstanbulda çökən binanın dağıntıları altında qalan 12 nəfərdən 6-sı xilas edilib.

Bu barədə APA-nın Türkiyə bürosu xəbər verir.

***

09:31

"Çökən 7 mərtəbəli bina 1987-ci ildə tikilib. Binada ümumilikdə 33 nəfər yaşayır".

APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu İstanbul valisi Davud Gül deyib.

O bildirib ki, dağıntılar altında qalan 7 nəfərdən 4-ü ilə əlaqə saxlanılıb. Xilasetmə tədbirləri davam etdirilir.

***

09:04

İstanbulun Maltepe rayonunda 7 mərtəbəli yaşayış binası çöküb. APA-nın Türkiyə bürosu yerli KİV-ə istinadən xəbər verir ki, dağıntılar altından 3 nəfər sağ çıxarılıb. Axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Dəryanur Cəfərova Türkiyə İstanbul

Mənbə: apa.az

Xəbər Lenti