Paşinyan: MDB sammitində Azərbaycan və Rusiya liderləri ilə təmaslarımız olacaq

Paşinyan: MDB sammitində Azərbaycan və Rusiya liderləri ilə təmaslarımız olacaq

Tarix: 08 Oct 2026 11:26

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistanda keçiriləcək MDB sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə təmaslarının olacağını bildirib.

APA xəbər verir ki, Paşinyan bunu bu gün brifinqdə deyib.

Ermənistan hökumət başçısı qeyd edib ki, sammit çərçivəsində Rusiya və Azərbaycan liderləri ilə rəsmi ikitərəfli görüşlər nəzərdə tutulmayıb.

Bununla belə, Paşinyan tədbirlər çərçivəsində müxtəlif təmasların mümkün olduğunu vurğulayıb.

Qeyd edək ki, MDB dövlət başçılarının sammiti oktyabrın 8-9-da Türkmənistanın “Avaza” milli turizm zonasında keçiriləcək.

İlqar Xudiyev Prezident İlham Əliyev Paşinyan Putin

Mənbə: apa.az

Xəbər Lenti