Zelenski: Ukrayna nümayəndə heyəti danışıqlar üçün ABŞ-a gedəcək

Zelenski: Ukrayna nümayəndə heyəti danışıqlar üçün ABŞ-a gedəcək

Tarix: 08 Oct 2026 16:01

Ukraynanın nümayəndə heyəti cümə və şənbə günləri ABŞ-a səfər edərək danışıqlar aparacaq.

"Reuters" xəbər verir ki, bu açıqlamanı Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın son zərbəsi nəticəsində çox sayda dinc sakinin öldüyü Çerniqov vilayətinin Priluki şəhərinə səfəri zamanı verib.

O, ABŞ Prezidenti Donald Trampı Rusiyaya təzyiqi artırmağa çağırıb.

“Bir tərəfdən ruslarla gələcək iqtisadi layihələr barədə danışıqlar aparmaq, digər tərəfdən isə diplomatik dalana dirəndiyimizi söyləmək olmaz”, – Zelenski deyib.

İlqar Xudiyev Zelenski ABŞ-Ukrayna danışıqları Rusiya

Mənbə: apa.az

Xəbər Lenti