ABŞ 100 minə yaxın ukraynalı qaçqının ölkədə qalmaq hüququnu ləğv edə bilər

ABŞ 100 minə yaxın ukraynalı qaçqının ölkədə qalmaq hüququnu ləğv edə bilər

Tarix: 08 Oct 2026 22:02

ABŞ administrasiyası ölkədə yaşayan 100 minə yaxın ukraynalının müvəqqəti müdafiə statusunu uzatmamaq qərarına gələ bilər.

APA xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Qəzetin məlumatına görə, administrasiyanın statusu uzatmaq və ya ləğv etmək üçün oktyabrın 19-dək vaxtı var. Status ləğv edilərsə, ukraynalılar ABŞ-ı tərk etməli olacaqlar.

Bildirilir ki, administrasiya statusu rəsmi şəkildə ləğv etmədən onun müddətinin başa çatmasına da imkan verə bilər. Bu halda status avtomatik olaraq daha altı ay uzadılacaq.

“Politico” onu da qeyd edir ki, belə bir addım həm miqrasiyaya qarşı sərt mövqe tutanları sakitləşdirə, həm də ukraynalıların deportasiyasından yayınmağa imkan verə bilər.

ABŞ Ukrayna qaçqın

Mənbə: apa.az

Xəbər Lenti