Cümə, 9 Oktyabr, 2026
Tarix: 08 Oct 2026 22:46
Yunanıstan ABŞ-dan müasir raket və bombalar, “Black Hawk” helikopterləri almağa, həmçinin F-16 qırıcılarını modernləşdirməyə 4 milyard dollara qədər vəsait xərcləyəcək.
Bu barədə “Reuters” Yunanıstanın yüksək vəzifəli rəsmilərinə istinadən məlumat yayıb.
Razılaşma F-16 Viper və F-35 qırıcıları, “Black Hawk” helikopterləri üçün yeni silahların alınmasını və köhnə F-16-ların Viper standartına uyğun modernləşdirilməsini nəzərdə tutur.
Rəsmilərin sözlərinə görə, xərclər iki onillik ərzində həyata keçiriləcək və ölkənin maliyyəsinə əlavə təzyiq yaratmayacaq.
Yunanıstan ABŞ F-35 F-16 ViperMənbə: apa.az