Frankfurt sərgisində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Tarix: 08 Oct 2026 20:49

Frankfurt sərgisi çərçivəsində “Asiya” təqdimat səhnəsində “Avrasiya kitab bazarları” adlı panel müzakirəsi keçirilib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, paneldə Avrasiya regionunda, o cümlədən Azərbaycanda nəşriyyat sənayesinin inkişaf perspektivləri, kitab bazarının mövcud vəziyyəti və beynəlxalq əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda Mədəniyyət Nazirliyinin nümayəndələri ilə Norveç Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən NORLA ədəbiyyat təşkilatının rəhbərliyi arasında işgüzar görüş olub. Görüşdə Azərbaycan və Norveç arasında ədəbi əlaqələrin inkişafı, tərcümə və nəşr sahəsində əməkdaşlıq imkanları, həmçinin Norveçin Bakı Beynəlxalq Kitab Sərgisində fəxri qonaq ölkə statusunda iştirakı müzakirə olunub.

Sərginin ilk iki günü ərzində Azərbaycan stendində ölkənin aparıcı nəşriyyatlarının iştirakı ilə B2B formatında görüşlər keçirilib. Görüşlərdə “Ağıllı bala”, “Everest”, MİMTA, “Ali və Nino”, “Libra” və “TEAS Press” nəşriyyatları iştirak edib.

Qeyd edək ki, Azərbaycan 7–11 oktyabr tarixlərində keçirilən 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə sərgi məkanında milli stendimiz qurulub.

Frankfurt sərgisində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub
Frankfurt sərgisində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub
Frankfurt sərgisində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub
Frankfurt sərgisində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub
Frankfurt sərgisində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub
Frankfurt sərgisində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub
Frankfurt sərgisində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub
Frankfurt sərgisində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Mənbə: apa.az

Xəbər Lenti