Binəli Yıldırım: Azərbaycanla Türkiyənin arasını vurmağa çalışmaq cəhdləri əbəsdir - VİDEO

Binəli Yıldırım: Azərbaycanla Türkiyənin arasını vurmağa çalışmaq cəhdləri əbəsdir - VİDEO

Tarix: 08 Oct 2026 21:14

“Azərbaycanla Türkiyənin arasını vurmağa çalışmaq cəhdləri əbəsdir”.

APA-nın Türkiyə müxbirinə açıqlaması zamanı, bunu Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib.

O bildirib ki, Azərbaycan və Türkiyə “bir millət, iki dövlət” prinsipinə əsaslanan münasibətlərini son illərdə daha da inkişaf etdirib.

O, Azərbaycan və Türkiyə arasında münasibətlərin Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin ortaya qoyduğu siyasi iradə nəticəsində “xəyalların belə fövqündə” inkişaf etdiyini bildirib.

B. Yıldırım iki ölkənin yaxınlaşmasını istəməyən qüvvələrin müxtəlif süni gündəmlər yaradaraq Azərbaycanla Türkiyənin arasını vurmağa çalışdığını deyib.

“Amma bunlar əbəs cəhdlərdir. Mən sadəcə gülümsəyib keçirəm”, - Binəli Yıldırım qeyd edib.

https://t.me/apa_az/127798

Dəryanur Cəfərova Binəli Yıldırım

Mənbə: apa.az

Xəbər Lenti