- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 27.06.2024 11:16
Bir neçə gündür yağan güclü leysan yağışları İsmayıllının bəzi kəndlərində problemlər yaradıb.
APA-nin Şirvan bürosu xəbər verir ki, aramsız yağıntı səbəbindən rayonun Qoydan kəndində torpaq sürüşməsi baş verib.
İsmayıllı rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Namiq Kərimov APA-ya bildirilib ki, aidiyyəti qurumlar bununla bağlı məlumatlandırılıb. Əraziyə mütəxəssislər tərəfindən baxış keçirilib, akt tərtib olunub.