Ağ Ev: "Co Bayden Assancı əfv etməyi düşünmür"

Tarix: 27.06.2024 23:31

"WikiLeaks"in qurucusu Culian Assanc İngiltərədəki həbsxanadan azad edilərək Avstraliyaya qayıdıb.

APA xəbər verir ki, bir sıra dövlətlərə aid məxfi məlumatları mətbuata sızdırdığı üçün uzun illər həbsdə saxlanılan Culian Assanc ABŞ hökuməti ilə razılaşaraq öz azadlığını təmin edə bilib.

Assanc sərbəst buraxılmaq üçün müqavilənin bir hissəsi olaraq günahını etiraf edib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Vatson isə ABŞ prezidenti Co Baydenin Assancı əfv etməyi düşünmədiyini deyib.

Xəbər Lenti