Bazar ertəsi, 12 Oktyabr, 2026
Tarix: 11 Oct 2026 14:33
Goranboyda uşaq həkimi dərmandan zəhərlənib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Goranboy şəhərində qeydə alınıb.
Şəhər sakini, 1962-ci il təvəllüdlü Təranə Adil qızı Hüseynova dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib. Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.
Qadının hansı şəraitdə dərmandan zəhərləndiyi məlum deyil.
Qeyd edək ki, T. Hüseynova Goranboy Rayon Mərkəzi Xəstəxanasında uşaq həkimi işləyir.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu Goranboy uşaq həkimi Təranə Hüseynova dərmandan zəhərlənmə xəstəxana pediatr zəhərlənmə araşdırmaMənbə: apa.az