Zelenski: Tramp Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq göstərir

Zelenski: Tramp Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq göstərir

Tarix: 11 Oct 2026 22:20

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini dayandırmağın yolunu tapa bilmədiyi üçün Ukraynaya təzyiq göstərir.

Zelenski bu barədə ABC News telekanalına müsahibəsində bildirib.

“Bu insanlar Putini necə dayandırmağın yolunu tapa bilmirlər. Çünki Putini dayandırmaq başqalarına təzyiq göstərməkdən daha çətindir. Dizel yanacağının qiymətlərindən danışmaq və bunu Ukrayna ilə əlaqələndirmək daha asandır”, – o qeyd edib.

Ukrayna Prezidentinin sözlərinə görə, dünyada neft və neft məhsullarının qiymətlərinin artmasının əsas səbəbi Yaxın Şərqdəki müharibə və Hörmüz boğazının bağlanmasıdır.

Zelenski ABŞ ilə Rusiya arasında dizel yanacağına dair razılaşmanı niyə “Putinə hədiyyə” adlandırdığını da izah edib.

“Bu razılaşma Putinə pul qazandırır. O isə həmin pulları yalnız bu müharibəyə xərcləyir. Bizi, uşaqlarımızı öldürmək üçün. Onun bu müharibəyə xərcləmək üçün çoxlu pulu var”, – Ukrayna lideri bildirib.

Ukrayna ABŞ Volodimir Zelenski Donald Tramp Vladimir Putin dizel yanacağı

Mənbə: apa.az

Xəbər Lenti