Netanyahu İran, Qəzza və Livandakı vəziyyətlə bağlı təhlükəsizlik müşavirəsi çağırıb

Netanyahu İran, Qəzza və Livandakı vəziyyətlə bağlı təhlükəsizlik müşavirəsi çağırıb

Tarix: 11 Oct 2026 23:52

İsrailin Baş naziri Benyamin Netanyahu İran, Qəzza zolağı və Livandakı vəziyyəti müzakirə etmək üçün təhlükəsizlik müşavirəsi çağırıb.

“The Times of Israel” qəzetinin mənbəyə istinadən yaydığı məlumata görə, müşavirə Təl-Əvivdə İsrail Müdafiə Nazirliyinin kompleksində keçirilir.

İclasda müdafiə naziri İsrael Kats və təhlükəsizlik qurumlarının yüksəkvəzifəli nümayəndələri iştirak edirlər.

Nəşr qeyd edir ki, müşavirə husilərin Səudiyyə Ərəbistanına hücumları və ABŞ ilə İran arasında qarşıdurmanın daha da gərginləşə biləcəyinə dair narahatlıqlar fonunda keçirilir.

İsrail Benyamin Netanyahu İran Qəzza Livan təhlükəsizlik

Mənbə: apa.az

Xəbər Lenti