Bazar ertəsi, 12 Oktyabr, 2026
Tarix: 12 Oct 2026 00:18
Balakəndə yol-nəqliyyat hadisəsi baş verib, qadın həyatını itirib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə oktyabrın 11-i axşam saatlarında Balakən şəhərinin Rafiq Səmədov küçəsində qeydə alınıb.
Belə ki, minik avtomobili yol kənarında marşrut avtobusu gözləyən rayonun Talalar kənd sakini Xədicə Mustafayevanı vurub.
Hadisə nəticəsində ağır bədən xəsarətləri alan X. Mustafayeva hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Vüqar Heydərov Balakən yol-nəqliyyat hadisəsi avtomobil piyada ölüm
Mənbə: apa.az