Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Tarix: 11 Oct 2026 17:28

Oktyabrın 11-də Kamboca Krallığının Baş naziri Hun Manet Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

APA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Kamboca Krallığının Baş naziri Hun Maneti və xanımı Piç Çanmonini Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Kamboca Krallığının Baş naziri Hun Manet Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov xarici işlər nazirinin müavini Elnur Məmmədov

Mənbə: apa.az

Xəbər Lenti