İran XİN Rusiya və ABŞ-ın yanacaq sahəsində əməkdaşlığına münasibət bildirib

İran XİN Rusiya və ABŞ-ın yanacaq sahəsində əməkdaşlığına münasibət bildirib

Tarix: 12 Oct 2026 12:29

Hər bir ölkə öz maraqları naminə qərar verə bilər.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Rusiya və ABŞ-ın yanacaq sahəsində əməkdaşlığı ilə bağlı suala cavabında bildirib.

“Hər ölkə öz maraqları naminə qərar verə bilər. Təbii ki, biz də İran olaraq öz maraqlarımıza əsasən qərar veririk. Bu, Rusiya ilə ABŞ arasındadır. Ancaq mənim üçün maraqlıdır ki, Hörmüz boğazı həqiqətən də açıq olsa idi, ABŞ tərəfi əlini Rusiyaya uzadıb kömək istəyərdi?”, - Bəqayi deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Rusiyanın qlobal bazara 300 min ton dizel yanacağı buraxacağını və bunun da qiymətlərin azalmasına kömək edəcəyini bildirib.

Haşim Rahimi Bəqayi ABŞ İran Rusiya

Mənbə: apa.az

Xəbər Lenti