Azərbaycanla Kamboca ticarət əlaqələrini yaxşılaşdırmaq üçün çərçivə sazişi imzalayacaq

Azərbaycanla Kamboca ticarət əlaqələrini yaxşılaşdırmaq üçün çərçivə sazişi imzalayacaq

Tarix: 12 Oct 2026 12:02

Azərbaycanla ticarət əlaqələrimizi yaxşılaşdırmaq üçün çərçivə sazişinin imzalanması barədə razılığa gəldik.

APA xəbər verir ki, bunu Kamboca Krallığının Baş naziri Hun Manet Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatında bildirib.

Baş nazir qeyd edib ki, 2014-cü ildə baş tutan səfər zamanı əməkdaşlığın gələcək istiqamətlərini müəyyən edən yol xəritəsi hazırlayıblar: “Əminəm ki, bugünkü səfərimdən sonra ticarət əlaqələrimizi yaxşılaşdırmaq üçün müxtəlif sahələrdə birgə işləyə biləcəyik. Bu məqsədlə çərçivə sazişinin imzalanması barədə razılığa gəldik. Həmin saziş çərçivəsində ticarət əlaqələrimizin inkişafı üçün konkret tədbirləri müəyyənləşdirəcək və onların həyata keçirilməsini təmin edəcək birgə işçi qrupu fəaliyyət göstərəcək”.

Firuzə Vahid

Mənbə: apa.az

Xəbər Lenti