İlon Mask “Starshield”in fəaliyyətinə qoyulan məhdudiyyətlərə aidiyyəti olmadığını bildirib

İlon Mask “Starshield”in fəaliyyətinə qoyulan məhdudiyyətlərə aidiyyəti olmadığını bildirib

Tarix: 14 Oct 2026 23:52

“SpaceX” şirkətinin sahibi İlon Mask Ukraynada “Starshield” peyk rabitə sisteminin fəaliyyətinə tətbiq edilən məhdudiyyətlərlə bağlı qərarların ona aid olmadığını bildirib.

APA xəbər verir ki, Maskın sözlərinə görə, “Starshield” sistemləri ABŞ hökumətinə məxsusdur və onlardan istifadəyə məhdudiyyətlərin tətbiqi barədə qərarları ABŞ hərbçiləri, son nəticədə isə ölkə prezidenti qəbul edir.

Məlumata görə, oktyabrın 14-də Ukrayna hərbçiləri Starlink və Starshield rabitə sistemlərinin fəaliyyətində yaranan məhdudiyyətlərlə üzləşiblər. Ukrayna rəsmilərinin bildirdiyinə görə, hərəkət edən terminalların sürəti saatda təxminən 160 kilometri keçdiyi zaman bağlantı kəsilib.

Bu, pilotsuz uçuş aparatlarının idarə edilməsini çətinləşdirib və bəzi hərbi əməliyyatların təxirə salınmasına səbəb olub.

Qeyd edək ki, az əvvəl Ukrayna prezidenti Volodimir Zelenski İlon Maskı ölkə ərazisində Starlink peyk internet sisteminin fəaliyyətini bərpa etməyə çağırıb.

İlon Mask Ukrayna Zelenski

Mənbə: apa.az

Xəbər Lenti