İstanbula eniş edə bilməyən 43 təyyarə alternativ hava limanlarına yönləndirilib

İstanbula eniş edə bilməyən 43 təyyarə alternativ hava limanlarına yönləndirilib

Tarix: 15 Oct 2026 00:46

İstanbulda əlverişsiz hava şəraiti səbəbilə İstanbul və Sabiha Gökçen hava limanlarında uçuşların həyata keçirilməsində problemlər yaranıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

İstanbul Hava Limanına eniş edə bilməyən ümumilikdə 43 təyyarə ölkə daxilində və xaricdəki alternativ hava limanlarına yönləndirilib.

Onlardan 16-sı Ankarada Esenboğa, 8-i İstanbulda Sabiha Gökçen, 10-u İzmirdə Adnan Menderes, 2-si Balıkesirdə Koca Seyit, 2-si Çanaqqala, 1-i isə Antalya hava limanına göndərilib.

Xarici ölkələrdəki alternativ hava limanlarına yönləndirilən təyyarələrdən biri Tehrana, ikisi Burqasa, biri isə Afinaya eniş edib.

Güclü külək və küləyin sürətindəki kəskin dəyişikliklər səbəbilə Sabiha Gökçen Hava Limanında enişlərə bir müddət fasilə verilib. Uçuşlar isə saat 21:42-də dayandırılıb.

Hazırda uçuşların yenidən bərpa edildiyi bildirilib.

Dəryanur Cəfərova İstanbul təyyarə

Mənbə: apa.az

Xəbər Lenti