Kobaxidze Antalya Diplomatiya Forumunda iştirak edəcək

Tarix: 16 Apr 2026 19:30

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyəyə səfərə yollanıb.

APA-nın yerli bürosu xəbər verir ki, o, sabah 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimində iştirak edəcək.

Kobaxidze əsas mövzusu gələcəyin müəyyənləşdirilməsi və risklərin idarə olunması olan liderlərin panel müzakirəsində çıxış edəcək.

Baş nazirin səfər çərçivəsində ikitərəfli görüşləri də planlaşdırılıb.

Kobaxidzeni səfərdə xarici işlər naziri Maka Boçorişvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjolianidən ibarət nümayəndə heyəti müşayiət edəcək.

Cəmilə Babayeva Kobaxidze Antalya Diplomatiya Forumu Gürcüstan Türkiyə

Xəbər Lenti