Çərşənbə axşamı, 23 Dekabr, 2025
Tarix: 23 Dec 2025 03:06
ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələri üçün iki yeni döyüş gəmisi tikmək planını təsdiqlədiyini açıqlayib.
APA xəbər verir ki, Tramp bu barədə jurnalistlərlə söhbəti zamanı məlumat berib.
"Hərbi Dəniz Qüvvələrinin indiyə qədər tikdiyimiz ən böyük iki yeni, çox böyük döyüş gəmisi tikmək planını təsdiqlədiyimi elan etməkdən böyük şərəf duyuram. "İki gəmi ilə başlayacağıq, amma onlar tezliklə 10-a çatacaq. Və nəticədə düşünürük ki, onların sayı 20-25 olacaq", - o deyib.
Onları ən sürətli və ən böyük ABŞ gəmiləri kimi təsəvvür etdiyini deyən Tramp gəmilərin su tutumunun 30.000-40.000 tonu keçəcəyini qeyd edib.